Sevgililər günündə müğənniyə hədiyyə-Foto

 

shebnem

Müğənni Şəbnəm Əsədovaya (Tovuzlu) avtomobil hədiyyə olunub.

XALQ.AZ xəbər verir ki, sənətçinin sevgilisi Sevgililər Günü münasibətilə ona maşın alıb.

İfaçı sosial şəbəkədə avtomobillə birgə fotosunu paylaşıb, “Bütün sevənlərin üzü gülsün, bu da mənim hədiyyəmdir”- şərhini yazıb.

Qeyd edək ki, Şəbnəm bir neçə ay sonra ana olacaq.

Onun doğulacaq övladının atası Hacı Rafiq adlı iş adamıdır. Sözügedən şəxsin 3 övladının olduğu bildirilir. Şəbnəm isə dini nikah bağladığını bildirib.

Şəbnəmin isə ilk nikahından Günel adlı qızı var.

Sevgilisi Şəbnəmə maşın hədiyyə etdi -  Foto