Sevgilimdən utanıram

05

 

 

Qorxuram ki,bu hərəkərlərlə onu özümdən uzaqlaşdıram…(Oxucu məktubu)

 

 Salam.Burada çox oluram.Təzə qeydiyyatdan keçmişəm. Ən çox maraqlandığım bölmə “Məktub var” bölümüdür.Amma inanmazdım ki,haçansa mən də sizə yazam.Amma deyəsən doğrudan da artıq mənim məsləhətə ehtiyacım var. Nişanlıyam.5 ildir ki,bir-birimizi sevirik.Düşünməzdim ki,kimisə sevərəm.Mən bir az quruyam,quru deyəndə utancağam.Biz yaşıdıq.21 yaşımız var.Hərdən düşünürəm ki,bəlkə elə bəzi problemlərimizn səbəbi elə yaşıd olmağımızdır.

 Amma nə etmək lazımdır sevgi olandan sonra yaşa baxmır. Hər şey qaydasındadır.Qaydasında olmayan 1 şey varsa o da mənəm.Mən küsəyənəm.Bütün diqqətlərin özümdə olmasını istəyirəm.Nişanlımın,ailəsinin məni,ancaq məni əzizləmələrini istəyirəm. Yox təkcə özümü düşünən deyiləm.Haqqımda yalnış düşünmənizi istəmərəm.Nişanlım da,ailəsi də çox sevirlər məni,hörmət qoyurlar.Bilirəm nişanlım da çox sevir.Amma mən o qədər onu itirməkdən qorxuram ki,bezdirirəm onu.Hər dəqiqə əl çəkmirəm ki,”sevirsən məni”,”Çox istəyirsən”.Bezdirmişəm bu suallarla onu hiss edirəm amma ürəyim sıxılır,düşünəndə ki,birdən “ağlı dönər,ya birdən başqa qız çıxar?”. Bİlirəm olmaz amma sən gəl birdə onu mənə başa sal.

 Bu düşüncələrlə yaşamaqdan bezmişəm.Ağlamaqdanda ki,lap əldən düşmüşəm.O qədər gic fikirlər dolanır ki,ağlımda ağlamaq tutur məni. Bilmirəm ki, necə sakitləşdirim özümü?Özümlə necə bacarım?

 Onun məni sevdiyini ağlıma necə yeridim?Bu barədə köməyə,məsləhətə ehtiyacım var. Hə mənim bir də çatışmayan cəhətim var.Özümüzdən çox başqaların düşünürəm.Məsələn,əlimi tutmaq istəyir qoymuram,utanıram,ata-anasının yanımda əlini boynuma,belimə salır utanıram,tez əlini çəkirəm. Özümü tam ona verə bilmirəm.Bezmişən özümdən. Qorxuram ki,bu hərəkərlərlə onu özümdən uzaqlaşdıram,qoparam. Mənə məsləhət lazımdır.

 

P.S. Məktub necə var eləcə də düzəlişlər etmədən sizə təqdim olundu…