Sevinc Fətəliyeva AŞPA-da məruzəçi seçildi

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində qurumun sosial məsələlər komitəsinin iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, iclasda komitənin “Autizm diaqnozlu insanlar və onların ailələri ilə münasibətlər” adlı mövzu ilə bağlı məruzəçinin təyin edilməsi üçün səsvermə olub.

Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın və britaniyalı Lord Don Touhigin namizədliyi irəli sürülüb.

Deputat Sevinc Fətəliyeva səslərin əksəriyyətini toplayaraq AŞPA-nın sosial məsələlər üzrə komitəsinin məruzəçisi seçilib.