Sevirəm amma…

66

 

Əvvəla salam, mən sevgi hekayəmi sizə təqdim edirəm. Mənim 18 yaşım var idi, bir oğlanla tanış oldum, onunla görüşdük… Mən onu çox sevirdim. Elə o da məni çox qısqanırdı, amma onun yaşı çox idi, yəni məndən 5 yaş böyük idi. Bir müddət görüşdük… Zaman keçdikcə hər şeyin üstü açıldı, sevdiyim oğlan mənim qardaşımla düşmən imiş, qardaşımdan heyif çıxmaq üçün mənimlə görüşürmüş…… Çox heyif…. Mən onu çox sevirdim, bir gün qardaşım bizim münasibətimizdən xəbər tutub mənim döydü, amma mən yenə də onu sevirdim, amma o yoxx.. Hər gün ona zəng edirdim, mənə deyirdi ki, mənə zəng etmə… Mən çox ağlayırdım, çox stressler yaşayırdım… Anam gördü ki, mən çox pis vəziyyətdəyəm, olanları unutmaq üçün məni xalamın yanına, başqa bir ölkəyə göndərdi. Lakin getdiyim başqa yerdə belə onu unuda bimədim, düzdür, əsəblərim sakitləşdi, amma sevgi ürəyimdə qaldı, bir müddət sonra yenidən evimizə qayıtdım və geri qayıdan kimi məni nişanladılar. İndi isə evliyəm… Yenə də unuda bilmirəm onu, bəzən istəyirəm zəng edim ona… Lənət şeytana, deyirəm və zəng vurmuram, çünki mənim yanımda yoldaşım var, mən ona aidəm… Amma hələ də pəncərədən baxanda gözüm onu axtarır, indiyə kimi özümü inandıra bilmirəm ki, o məni sevmirmiş…

Mən nə edim ki, onu unudum?