Seymur Orucov: “Azərbaycan polisi dünya dövlətlərinə nümunədir” AÇIQLAMA

“Ümumiyyətlə təhlükəsizlik dövlətin onurğa sütunudur. Bu gün bizim onurğa sütunumuz çox sağlamdır. Azərbaycan polisinin maddi-texniki bazası, kəmiyyəti, keyfiyyəti, psixoloji göstəriciləri ən yüksək səviyyədədir”.  XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, Partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

Sədrin sözlərinə görə, Azərbaycanda keçirilən ən irimiqyaslı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində, onun təşkil olunmasında Azərbaycan polisi nümunəvi işlər nümayiş etdirib: “Polislərimiz cənab Prezident İlham Əliyevin hər zaman diqqətində olublar. İstər onların maddi-texniki təminatının gücləndirilməsində, istərsə də sosial məsələlərin həllində dövlət başçısının çox mühüm rolu olub. Azərbaycan polisi hər zaman dövlətin və dövlətçiliyin yanındadır. Polislərimiz dövlətin inkişafı, təhlükəsizliyi üçün əlindən gələni edir. Bunun sosial tərəfi də çox güclüdür. Məsələn, yolu keçə bilməyən yaşlı qocalara və s. qədər diqqətdə olan bizim şəxsi heyətimiz vardır. Biz Azərbaycan Polis günü münasibətilə onları səmimi qəlbdən təbrik edirik. Azərbaycan polisi bir çox dünya dövlətlərinə nümunədir”.

 

 

Orxan