Seymur Orucov: “Gənclər Birliyinin keyfiyyət göstəriciləri artıb”

 

seymur1

“1995-ci ildən, yəni Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin yarandığı dövrdən indiyə qədər uzun illər keçib”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucovun sözlərinə görə, bu illər ərzində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rəhbər strukturu, idarə heyətinin üzvləri, şura üzvləri dəyişilib: “Dəyişməyənlər isə bunlardır, vahid ideologiya, Ulu Öndər Heydər Əliyevin siyasi ideyalarının yaşadılması, cənab Prezident İlham Əliyevin siyasi xəttinin intellektual formada dəstəklənməsi. Bu illər ərzində Gənclər Birliyimiz istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda yüzlərlə uğurlu layihənin təşkilatçısı və iştirakçısı olmuşdur. Partiyamızın Gənclər Birliyinin həyata keçirdiyi tədbirlər həm məzmun, həm də forma baxımından bir-birini tamamlayıb, bunun nəticəsi olaraq yeni-yeni üzvlər partiya sıralarına qəbul olunublar. Məhz, buna görə Gənclər Birliyinin sıraları həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə artıb”.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2015-ci ildə keçirilmiş 4-cü hesabat-seçki konfransında Seymur Orucov yenidən Birliyin sədri seçilib. 2017-ci il yanvarın 1-nə olan statistikaya görə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərinin sayı 268 559 nəfərdir.

 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2016-cı ildəki fəaliyyətinin başlıca istiqamətləri

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi 2016-cı ildə də fəaliyyətini müxtəlif səpkidə quraraq Ulu Öndər Heydər Əliyev siyasi ideyalarının təbliği, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasi xəttin dəstəklənməsi, azərbaycançılıq ideologiyasının gənclər arasında təbliği, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi vacib əhəmiyyət kəsb edən tədbirlər həyata keçirib, bu istiqamətdə müxtəlif aksiyaların təşkilatçısı olub. Bu il ərzində həyata keçirilən tədbirlər öz unikallığı və əhatə dairəsinə görə fərqlənib, bunun nəticəsi olaraq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sıralarına yeni üzvlər daxil olublar. Hər zaman gənclərin ideyalarının reallaşmasına dəstək verən Gənclər Birliyimiz bu ildə də bu missiyanı davam etdirib. Belə ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində bu il gənclərə layihələrinin həyata keçirilməsi üçün istənilən şərait yaradılıb. Partiyamızın Gənclər Birliyi ötən illərdə olduğu kimi bu ildə də vətənpərvərlik yönümündə olan layihələrin, siyasi, iqtisadi, mədəni, sosial, maarifləndirmə yönümündə olan təlim və tədbirlərin təşkilatçısı olmuş, ölkə gəncliyinin dünyagörüşünün artırılması istiqamətində bir sıra işlər görüb.

 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi vətənpərvərlik nümunəsi

Hər il olduğu kimi bu ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi gənclərdə vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, vətənə olan məhəbbətin artırılması istiqamətində tədbirlər həyata keçirmişdir.Belə ki, xalqımızın həssas günlərindən olan 20 yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Şəhidlər Xiyabanında Azərbaycan xalqının azadlığı uğrunda şəhid olmuş vətən övladlarının məzarlarını ziyarət edərək, məzarları üzərinə qərənfillər qoyublar. Eyni zamanda mövzu ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində dəyirmi masa təşkil olunaraq bu faciə pislənmiş, insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri olduğu vurğulanmışdır.26 fevral Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gənclər Birliyi silsilə anım tədbirlərinə start verib. Belə ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi 3000 gənclə birlikdə “Ana Harayı” abidəsini ziyarət etmişdir.Eyni zamanda Xocalı Soyqırımı barədə məlumatları əks etdirən bukletlər Bakı şəhərinin ayrı-ayrı məkanlarında ölkəmizdə yaşayan əcnəbilərə paylanıb. Bundan başqa Xocalı soyqırımını özündə əks etdirən film hazırlanaraq, Sahil bağında nümayiş etdirilib. Eyni zamanda soyqırımın növbəti ildönümü ərəfəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri soial şəbəkələrdə bununla bağlı məlumatlar paylaşıb, dünya ictimaiyyətinin diqqətini bu məsələyə çəkiblər.Gənclər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Soyqırımın mahiyyətini özündə əks etdirən “YARA” filmi gənclərə nümayiş olunub. 31 mart Dünya Azərbaycanlılarının soyqırımı günü ilə əlaqədar Yeni Azərbacn Partiyası Gənclər Birliyinin ofisində dəyirmi masa təşkil olunmuş erməni vəhşiliyi bir daha pislənib.

 

Partiyamızın Gənclər Birliyinin təşkil etdiyi təlim, seminar və kurslar

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi 2016-cı ildə də müxtəlif istiqamətli təlim, seminar və kursların təşkilatçısı olub. Belə ki, 2016-cı ilin əvvəlində də Birliyin ofisində fransız dili dərsləri davam edib, 50 nəfər gənc bundan yararlanmış, dil biliklərini təkminləşdirib. Bununla bərabər Birliyin ofisində bir sıra təlim və seminarlar təşkil olunub. Bunlara misal olaraq; “Sosial təhlükəsizlik” adlı təlim, “Siyasi debat layihəsi”, “Şahmat təlimləri”, “Qəhrəmanlar Unudulmur” adlı layihə, “Qüsursuz gələcək” adlı layihə, “Mədəniyyətin növü-Yol hərəkəti qaydaları” adlı layihə, “Azərbaycanın Memarı” adlı layihə, “Gəncsən öz biznesinə başla” adlı layihə, “Mən Gələcəyin Diplomatıyam” layihəsi, MMA Azərbaycan Liqasının YAP Gənclər Birliyi üzvləri  ilə olan görüşü, Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümü ilə bağlı YAP rayon təşkilatları arasında “XƏMSƏ” adlı intellektual yarışma, “Gənc Sahibkarın Bacarıqlarının artırılması” mövzusunda təlim, İB Club və YAP GB-nin təşkilatı dəstəyi ilə Bakcell Arenada “Gənclər Festivalı”nı, “Texnoloji İdarə” layihəsi, “Multikulturalizmin Azərbaycan modeli” layihəsi, “Avto Akademiya” layihəsi, Gənc Marketoloqlar Məktəbi” layihəsi, “Mən cəmiyyət arasında” adlı layihəni, “Gəlincik” layihəsini, “Müstəqilliyin 25 ili – Müstəqilliyin yaşıdları” adlı konfransı, “Danışan kitab”adlı layihəni, “Fərdi Özünüinkişaf” layihəsini, Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümünə həsr edilmiş “Uğurlu Yol -24” adlı bilik yarışmasını, “Gənclik və qlobal çağırışlar” adlı beynəlxalq konfransı,  “Uğur Menyusu” adlı layihəni, “Sən də bizə qoşul, bir kitab oxu” layihəsini Bakıda keçirilmiş F-1 yarışlarına dəstək məqsədi ilə “YAP K-2016” adlı  karting yarışmasını və başqalarını qeyd etmək olar.

 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi referendumda

2016-cı il ölkəmizin həyatında daha bir əlamətdar və vacib əhəmiyyətli hadisə ilə yadda qaldı.Belə ki, ölkədə konstitusiyaya bir sıra əlavə və düzəlişlər edilməsi barədə referendum keçirildi.Yeni Azərbaycan Partiyası referenduma “Həmrəy olaq HƏ deyək” şüarı ilə qatılmışdı.Referendum layihəsi çərçivəsində təbliğat-təşviqat kompaniyasına start verildikdən sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyi referendumda  nəzərdə tutulan əlavə və dəyişikliklər barədə əhalini maarifləndirməyə, bu dəyişikliklərin mahiyyətini onlara çatdırmaq üçün müxtəlif tədbirlər həyata keçirməyə başladı. Belə ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyəti paytaxt Bakıda və Azərbaycanın ayrı-ayrı regionlarında ilk dəfə səs verəcək gənclərlə  görüşlər keçirərək  seçki sisteminin əhəmiyyəti, referendumda nəzərdə tutulan  əlavə və dəyişikliklərin mahiyyəti, onların gələcəkdə nə kimi üstünlüklər vəd etdiyi və.s barədə gəncləri maarifləndirib. Eyni zamanda Partiyamızın Gənclər Birliyi “HƏ deyək” şüarı ilə video-çarxlar hazırlayaraq, sosial şəbəkələr vasitəsilə bu video-çarxları paylaşmışdır.Bundan başqa Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri tərəfindən Yeni Azərbaycan Partiyasına məxsus olan təbliğat posterləri şəhərin müxtəlif məkanlarında referendum təbliğatı üçün ayrılmış lövhələrə yapışdırılmışdır.Referendum ərəfəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri “HƏ deyək” adlı fləşmob təşkil ediblər.

 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi mətbuat və sosial şəbəkələrdə

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi hər zaman olduğu kimi bu ildə də mətbuatla işə xüsusi önəm verib, günümüzün ayrılmaz tərkib hissəsi olan sosial şəbəkələr vasitəsi ilə həyata keçirdiyi tədbirləri paylaşmış, eyni zamanda Azərbaycanın haqq səsini dünya sosial mediasında duyurmağa çalışıb.Yeni Azərbaycan Partiyası Gənclər Biliyinin facebook sosial şəbəkəsində “QELEBE” adlı qrupu vardır. Bu qrup ölkəmizdə ən aktiv paylaşım qruplarından biridir.Belə ki, gün ərzində qrupda paylaşılan  müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparılır. Eyni zamanda QELEBE qrupu üzvlərinin sayına görə də ön sıralarda dayanır. Facebook sosial şəbəkəsində Gənclər Birliyimizə məxsus “YAP Gənclər Birliyi” adlı səhifə də vardır. Bu səhifəni 36 mindən artıq istifadəçi bəyənib. Qələbə qrupunda olduğu kimi burda da aktiv müzakirələr aparılır, müxtəlif mövzular ətrafında gənclər öz fikirlərini bildirirlər.Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “instagram” səhifəsi də həm izlənmə sayına, həm də aktiv müzakirələrə görə ön sıralarda qərarlaşıb.Belə ki, səhifənin 6300-dən çox izləyicisi vardır. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinə məxsus “youtube” kanalında Gənclər Birliyimizin həyata keçirdiyi tədbirlərdən görüntülər yerləşdirilir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi müxtəlif qəzetlər və saytlarla da əməkdaşlıq edir. Birliyimizin fəaliyyətini əks etdirən məlumatlar qəzet və saytlarda da əksini tapır.

 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi beynəlxalq aləmdə

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi paytaxt və regionlarda

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin istər Paytaxt Bakıda, istərsə də regionlarda fəaliyyət göstərən təşkilatları bu ildə öz fəaliyyətlərini Partiya rəhbərliyinin tövsiyə və tapşırıqları əsasında quraraq Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti dəstəkləyib, əməli fəaliyyətləri ilə bu siyasi xəttin təbliğatçısı olublar. 2016-cı ildə ölkəmizdə keçirilən referendumla əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Gənclər Birliyi bir çox regionlarda səfərdə olmuş, burada referendumun mahiyyəti, ölkəmizin inkişafına hansı müsbət təsirlər edəcəyi ilə bağlı gənclərə məlumat verib.

2016-cı ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə bir sıra regionlarda multikulturalizmlə bağlı tədbirlər təşkil etmişdir. Bunlara misal olaraq;

İsmayıllı şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə  “Azərbaycanın multikultural dəyərləri gənclərin gözü ilə” adlı konfransı,  YAP Gənclər Birliyinin Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi ilə birgə Biləsuvar rayonunda təşkil etdiyi “Heydər Əliyev və multikultural dəyər” adlı konfransı, Masallı rayonunda  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və YAP Gənclər Birliyinin birgə təşkil etdiyi“Azərbaycanın multikultural dəyərləri gənclərin gözü ilə” adlı konfransı, YAP Nərimanov rayon təşkilatında Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi gənclərin gözü ilə” mövzusunda konfransı, Şəkidə  “Multikultural dəyərlər və gənclik” mövzusunda təşkil olunan regional konfransı, Silahlı Qüvvələr günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin YAP Nəsimi rayon təşkilatı ilə birgə təşkil etdiyi tədbiri, Yap Gənclər Birliyinin Xaçmazda  Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşil etdiyi “Multikulturalizm  Festivalı”nı qeyd etmək olar.Bunlardan başqa  bu il ərzində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Gəncəbasar və Qarabağ, eyni zamanda Cənub zonasından olan gənclərlə görüşmüşdür.

 

Partiyamızın Gənclər Birliyinin il ərzində təşkil etdiyi ekskursiyalar

Əvvəlki illərdə olduğu kimi 2016-cı ildə də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri bir sıra tarixi məkanlarda, muzey komplekslərində ekskursiyada olublar. Belə ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bir qrup üzvü Suraxanı rayonunda yerləşən “Atəşgah” məbədində olub. Ümumilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Heydər Əliyev Mərkəzində olublar. Gənclər burada Ulu Öndərin ayrı-ayrı zamanlarda istifadə etdiyi əşyalar, xidməti maşınlarla tanış olublar. 9 noyabr bayraq günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Dövlət Bayrağı meydanında olub, gənclərə meydan haqqında ətraflı məlumat verilib.

Gənclər Birliyimizin üzvləri Şuşanın işğalı günü ilə əlaqədar İncəsənət muzeyində yerləşən “Güllələnmiş Heykəllər”abidəsini  ziyarət ediblər. Bundan başqa Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində olublar”.