Şeyx ABŞ-a səfər edəcək

 

67

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti “ABŞ-Azərbaycan Konvensiyası: Gələcəyə baxış” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün Vaşinqtona səfər edəcək.

Xalq.az xəbər verir ki, Azərbaycandakı dini konfessiya rəhbərlərinin – pravoslav icmanın rəhbəri Arxiyepiskop Aleksandr İşeyin, dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və katolik icmanın ordinatoru Vladimir Feketenin daxil olduğu nümayəndə heyəti tədbirin “Dialoqun möhkəmləndirilməsi – tolerantlığın təşviq olunması” mövzusunda IV sessiyasında iştirak edəcək.

Sessiyanın panel iclasında QMİ sədri A.Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti barədə məruzə edəcək.