Şeyx alimlərlə görüş keçirdi

 

48

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Əyyub Quliyevi və ölkəmizdə səfərdə olan İran Astrofizika Elmi Tədqiqat Mərkəzinin prezidenti, Marağa Rəsədxanasının direktoru professor Əli Əcəbşirzadəni qəbul edib.

Görüşdə dini mərkəz olaraq QMİ ilə astrofizika elmi müəssisələri arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu sahə üzrə gözlənilən perspektivlər müzakirə olunub.

Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, QMİ Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, İranın Ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad, nümayəndəliyin əməkdaşı Həsən Əbdi, Tehran Universitetinin professoru Ehsan Təvvabi və digər şəxslər iştirak ediblər.

 

01 02 03