Şeyx Allahşükür Paşazadə “Ulu öndərimiz bütün dinlərə eyni qayğı və diqqətlə yanaşıb”

 

seyx

Dekabrın 6-da “İslam Həmrəyliyi İli” çərçivəsində Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib.XALQ.AZ məlumat verir ki,  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə konfransda çıxış edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə dini dəyərlərin qorunub-yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib, bütün dinlərə eyni qayğı və diqqətlə yanaşıb. Dahi şəxsiyyətin ideyaları bəşəri idi. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini həmrəylik sahəsində qazanılan nailiyyətlər də Ulu Öndərin ideyalarının bəhrəsidir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də dövlət-din siyasəti uğurla davam etdirilir, dini həmrəylik möhkəmləndirilir. Dövlət başçısının Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması da bu tədbirlərin davamıdır.

Scroll to top