Şeyx Allahşükür Paşazadə gəbul keçirib

12

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Argentinanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Rivanı qəbul edib.

Ölkəsinin Azərbaycanda ilk səfiri olmaqdan qürur duyduğunu deyən Karlos Dante Riva iki dövlət arasında əlaqələrin perspektivindən danışıb. Səfir bildirib ki, Argentina Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq qurmaqda maraqlıdır. Bakıda olduğu ilk gündən ölkəmizdəki tolerantlıq mühitindən heyrətləndiyini bildirən diplomat bu sahədə görülən işləri yüksək qiymətləndirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə din-dövlət münasibətləri, Azərbaycandakı dini dözümlülüyün tarixi kökləri və son illər bu istiqamətdə görülən işlər barədə səfirə məlumat verib. Yeni səfirə uğurlar arzulayan Şeyxülislam həzrətləri onun dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.
Qəbulda Qafqaz Müsəlmanları İdarəsi sədrinin xarici əlaqələr üzrə müavini Rəşad Əliyarlı iştirak edib.

11

 


 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 27-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi xanım Malina Mardı onun öz xahişi ilə qəbul etmişdir.

Görüşdə Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mövcud əlaqələrin inkişafı müstəvisində mənəvi sahədə əməkdaşlıq məsələləri müzakirə edildi.

Görüşün sonunda qonağa QMİ-nin fəaliyyətini əks etdirən kitab və xatirə hədiyyəsi təqdim olundu.

 

13