Şeyx Baş nazirə Quran hədiyyə etdi

5

 

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Cümhuriyyətinin Baş naziri Əhməd Davudoğlu Əjdərbəy məscidinə gəlib. Qonağı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə qarşılayıb.

Türkiyənin Baş naziri və Şeyxülislam həzrətləri dindarlarla birlikdə Cümə namazı qılıblar.

Namazdan sonra Ə. Davudoğlu dindarlar qarşısında çıxış edərək bildirib ki, inşallah Qarabağda Şeyxülislam həzrətləri ilə birlikdə namaz qılarıq.

Sonra Şeyxülislam Allahşükür Paşazadə ilə Baş nazir Əhməd Davudoğlu arasında qısa görüş olub. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb. Sonda QMİ sədri qonağa xatirə hədiyyəsi olaraq Çıraq, Türkiyənin Baş naziri də Şeyxülislam həzrətlərinə Quran bağışlayıb.

6

11

 

10

 

7

 

 

8

9