Şeyx Çeçenistana səfərə gedir

 

4

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə mayın 29-da Çeçenistanın paytaxtı Qroznıya səfərə gedəcək. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, A.Paşazadə Qroznıda keçiriləcək 6-cı Beynəlxalq Sülhyaratma Forumunda iştirak edəcək.

Mövzusu “İslam – Sülhün dini” olan Forum mayın 30-31-də keçiriləcək.