Şeyx İraq nümayəndə heyətini qəbul edib

Allahsukur

Müqəddəs İmam Hüseyn hərəminin rəhbər şəxsləri Bakıda səfərdədir. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə İraq nümayəndə heyətini qəbul edib.

Görüşdə iki ölkə arasında qardaş münasibətlərin olduğu diqqətə çatdırılıb. Bütün Qafqazın Şeyxi İraq və Azərbaycan arasında vizasız gediş-gəlişlə bağlı sazişin imzalanmasını əlaqələrin daha da inkişafı baxımından yüksək qiymətləndirib. Bir sıra sahələrlə pararlel din, mədəniyyət, o cümlədən dini turizmin inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Bütün Qafqazın Şeyxi son illər Azərbaycanda yeni məscidlərin tikintisinə, ziyarətgahların təmirinə dövlət başçısının xüsusi diqqət ayırdığını diqqətə çatdırıb. Azərbaycanda İraqın din və mədəniyyət günlərinin keçirilməsi istəyində olduqlarını dilə gətirən qonaqlar həmçinin hər iki ölkə arasında dini turizmin inkişafına xüsusi önəm verdiklərini bildiriblər. İmam Hüseyn ziyarətgahının nümayəndləri Azərbaycanda ibadət yerləri, ziyarətgahlara heyran qaldıqlarını dilə gətiriblər.

Seyid Mushin əl-Həkimi dövlət başçısını və Bütün Qafqazın Şeyxini müqəddəs torpaqları ziyarətə dəvət etdi.

Hacı Allahşükür Paşazadə belə ziyarətin olacağına ümid etdiyini, bu ölkənin dəvətilə İslam Konfrafında iştirak edəcəklərini bildirib.