Şeyx yalançı mollalardan danışdı

Mövcud olan problemlərdən biri də yalançı mollalardır.

XALQ.AZ xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

A.Paşazadə bildirib ki, QMİ-də qeydiyyatda keçməyən, rəsmi icazəsi olmayan insanlar molla paltarı geyinib fətva verirlər:

“Bu da qanun pozuntusudur. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilməyən insanların dini mərasimləri aparmasının qarşısı alınmalıdır və bu istiqamətdə işlər aparılır”.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir