Şeyxdən yeni təyinat

45

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə İrana nümayəndə təyin edib.

Bu barədə QMİ-dən məlumat verilib.

 

Məlumatda qeyd olunur ki, Şeyxülislam Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü, fətva şöbəsinin müdir müavini vəzifəsində olan hacı Şamil Rəsulovu İrana nümayəndə təyin edib. Hazırda QMİ-nin İran nümayəndəliyi sözü gedən ölkənin Qum şəhərində açılması planlaşdırılır və orada ofisin yeri müəyyənləşdirilir. Məsələ ilə bağlı hacı Şamil Rəsulovla əlaqə saxladıq. O bildirib ki, hələlik vəzifəsinin icrasına başlamayıb: “Yaxın günlərdə bütün işlər həll olunduqdan sonra bu barədə nəsə danışmaq olar”. /Aznews.az/