Şeyxin Türk xalqına təsəllisi

 

3

Qafqaz Müsəlmanları idarəsi Qara Fəlakətin qurbanlarının ruhuna Əjdər bəy məscidində təziyə verdi, hadisəni iki dövlətin bir millətinə üz vermiş dərd kimi yaşadı. Biz yaxın qohumunun müalicəsilə əlaqədar olaraq Türkiyədə olan Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə də görüşdük. Özünü zorla ələ alan Şeyx xalqımıza təsəlli verdi, faciənin nə qədər böyük olması, amma türk xalqının hər hansı dərddən, fəlakətdən daha böyük olması barədə danışdı.

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin sözlərinə görə, Türkiyədə baş verən məlum Soma faciəsi, bütün Türk xalqlarının faciəsidir: “Bu hadisəni eşidən kimi mən dərhal Türkiyə Diyanət İşləri Bakanlığına telefon etdim. Türkiyə Diyanət İşləri Bakanı həmin an hadisə yerində idi. Ona Allahdan səbr diləyib başsağlığı verdim. Eyni zamanda Türkiyənin Prezidenti və Baş nazirlə də alaqə saxlayaraq faciə ilə bağlı başsağlığı verdim. Daha sonra Türkiyə Diyanət İşləri Bakanlığına bütün türk xalqı adından başsağlığı teleqramı ünvanladıq. Hətta Türkiyə Diyanət İşləri Bakanına dedim ki, gərəkirsə sizin yanınıza gəlməyə hazıram. Səhəri gün çümə idi. Bütün məscidlərdə hadisə zamanı həlak olan 300-ə yaxın insanın ruhuna dualar oxundu, Quran tapşırıldı, cənazə namazları qılındı. Bu, türk xalqı üçün bu bir imtahandır. Hesab edirəm ki, bu hadisə bilərəkdən baş verən şey deyil. Türk xalqının düşməni çoxdür. Məhz buna görə də biz bu faciəni birikdə dəf etməliyik. Bu faciə, istər Türkiyə, istərsə də Azərbaycan üçün çox ağır bir faciədir. Bütün bunlara baxmayaraq bütün türk xalqına, eyni zamanda ailələrini itirənlərə başsağlığı verirəm. “Başınız sağ olsun”. Mən belə düşünürəm ki, bu cətin gündə qardaş qardaşın yanında olmalıdır”