Sibel Can Şamaxıda

Sibel

Türkiyəli tanınmış müğənni Sibel Can Şamaxıda səhnəyə çıxıb.

XALQ.AZ–ın məlumatına görə, məşhur türkiyəli sənətçi Sibel Can ötən gün Azərbaycana gəlib. O, mayın 30-da Şamaxıdakı yeni hotellərdən birinin açılış mərasimində iştirak edib.

Mərasimdə səhnəyə çıxan türk müğənni sevilən mahnıları ilə dinləyicilərin qəlbini oxşayıb. Tanınmış müğənni ilə səhnəni rəqqasə Oksana Rəsulova bölüşüb.

“Çox gözəl bir konsert oldu. Bütün mahnılarıma yoldaşlıq etdiyiniz üçün təşəkkür edirəm. Ən qısa zamanda yenə hüzurunuzda olmaq istəyirəm.”, – deyə Sibel Can konsertdən sonra sosial şəbəkədə paylaşdığı şəkillərdə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, müğənni bu gün səhər tezdən Türkiyəyə qayıdacağını da vurğulayaraq hamıya sevgisini çatdırıb.