Silvester Stalonenin həyatı

Rembo1

 

Doğuş zamanı üz sinirləri zədələndiyi üçün uzun müddət(məktəb yaşlarına qədər) yanaq,dodaq və dili iflic olmuş vəziyyətdə qalmışdır.11 yaşında valideynləri ayrılmış və onun tərbiyəsi ilə demək olar ki, məşğul olan olmamışdır.Pəltək olduğundan sinif yoldaşları onu lağa qoyurdu və cəmiyyətə qarışa bilmirdi.Uşaqlıq nevrozu səbəbilə tez-tez yoldaşları ilə dava etdiyindən məktəblərdən qovulurdu.13 yaşına qədər 10-dan çox məktəb dəyişmişdi.Ali məktəbə girə bilmədiyindən küçədə,zooparkda,restoran və kafelərdə təmizlikçi işləri görərək pul qazanır.

İdmanla məşğul olduğundan bir müddət restoran mühafizələrində çalışır.Bir müddət sonra işdən çıxarılır və o həm pula ehtiyacından, həm də aktyorluğa olan böyük həvəsindən kinokompaniyalara müraciət edir, amma boyu balaca olduğundan və danışıq qabiliyyəti pis olduğundan qəbul etmirlər.O, 300-dən çox studiyaya və hər birinə ən azı 4 dəfə müraciət edir, amma xeyri olmur.Çarəsizlik üzündən pornoqrafik filmlərə çəkilir, amma tez də uzaqlaşır.Bir müddət sonra evlənir və 30 yaşında boşanır. İmkansızlıqdan evində hər şeyini hətta ən çox sevdiyi itini belə satır çünki ona verəcək yemək yox idi…

İçkiyə qurşanır və boks yarışlarını seyr edir.Bir gün boksa aid xəyal qurur və bu fantaziyalarını qələmə alır.İki gün ərzində yazıb bitirəndən sonra onu ssenari halına salaraq studiyalardan birinə təqdim edir və çox bəyənilərək 25000 dollara satılır.Bundan əlavə ona həmin ssenari əsasında çəkiləcək kinoya baş rolda oynamaq təklifi verilir.

Bu kino efirə gedəndən sonra misli görünməmiş uğur qazanır və 10 nominasiya üzrə “Oskar” qazanır.O, adam artıq tanınmış aktyor kimi yüksək büdcəli filmlərə dəvət alır və milyonlar qazanır.
Bu aktyor Silvester Stalonedir və bu filmin adı “Rokki” idi..