“Simurq”dan əzmkar qələbə

Futbol

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.

XALQ.AZ-ın məlumatına görə, günün ilk qarşılaşmasında “Simurq” və “Sumqayıt” komandaları üz-üzə gəlib. Sumqayıt təmsilçisi bu görüşdə 2 top fərqi ilə öndə olsa da meydan sahibləri əzmkar oyunla qələbə qazanlb.

Turun son qarşılaşması Qəbələdə oynanılıb. Yerli “Qəbələ” klubu “Xəzər Lənkəran”la oyunda qələbəyə yaxın olsa da, 1 xala sevinib.

“Qəbələ” – “Xəzər Lənkəran” – 1:1
Qollar: Cavid Hüseynov, 46 (1:0), Deyan Blajevski, 83 (1:1)

“Simurq” – “Sumqayıt” – 3:2
Qollar: Məhəmməd Qurbanov, 34-pen. (0:1), Orxan Əliyev, 57 (0:2), Adam Banaş, 60 (1:2), İlkin Qırtımıv, 73 (2:2), Marko Stanteviç, 74 (3:2)