Siqaret çəkmək harada qadağan olundu-Video

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun qüvvəyə minsə də onun icrası ilə bağlı qaydalar mövcud olmadığından hələ ki, tətbiq edilmir.

 XALQ,AZ xezerxeber.az-a istinadən  məlumat verir ki,

yaxın vaxtlarda Nazirlər Kabinetinin bu qanunun tətbiqi ilə bağlı yeni qaydaları təsdiqləyəcəyi gözlənilir.

Millət vəkili Musa Quliyevin sözlərinə sözlərinə görə, hələ ki, tütündən istifadənin məhdudlaşdırılması haqqında qanunun tətbiqinə nəzarətin hansı dövlət qurumuna həvalə ediləcəyi bəlli deyil. Ancaq bir sıra ölkələrin təcrübəsində bu qanunun tətbiqinə nəzarət bir dövlət qurumuna həvalə edilmir.
Millət vəkili bildirir ki, bu qanunun tətbiqində əsas məqsəd siqaret çəkənlərin hüquqlarını məhdudlaşdırmaq deyil, əksinə Azərbaycanda tütündən azad zonalar yaratmaq və bundan yaxa qurtarmaq istəyən şəxslər üçün əlverişli şərait yaratmaqdır. Qanunda həmçinin, siqaret çəkməyi tərgitmək istəyən şəxslərə pulsuz tibbi xidmətlərin göstərilməsi də nəzərdə tutulub.
Rəsul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.