Yanğınla bağlı faktlar açıqlanır

Rusiyanın Kemerevo şəhərindəki “Qış albalısı” ticarət mərkəzində baş verən dəhşətli yanğınla bağlı saxlanılanlardan biri ilkin dindirmədə şok açıqlama verib.

XALQ,AZ xəbər verir ki,  mərkəzdəki yanğın əleyhinə qurğulara cavabdehlik daşıyan “Sistemnıy inteqrator” şirkətinin sahibi İqor Polizninenko istintaq komitəsinin müstəntiqlərinə bildirib ki, hadisədən bir neçə saat əvvəl yanğın siqnalizasiyasının texniki vəziyyəti yoxlanılıb. O, bununla bağlı texniki arayışı istintaqçılara təqdim edib.

Polizninenko bildirib ki, baş verən faciədə insan faktoru var: “Çünki kimsə siqnalizasiyanı söndürüb. Özü də qəsdən. Bundan əlavə, ticarət mərkəzində üç kinoteatr fəaliyyət göstərir. Həmin kinoteatrlar isə faciə baş verən günü ağzınacan dolu idi. Amma nəyə görəsə kimlərsə film başlayan kimi qapıları bağlamışdı. Özü də açarla” deyə o, bildirib.

Yeri gəlmişkən, ifadəsindən sonra o, sərbəst buraxılıb.

Elgün