Siraqəddin Cabbarovdan şok addım

200

Saatlının icra başçısı rayonda əhalini hakimiyyətin üzərinə qaldırır, əksəriyyət onun Milli Şura ilə əlbir olduğundan şübhələnir

Saatlıda vəziyyət pisləşib. Rayonun icra başçısı Siraqəddin Cabbarovun yaratdığı süni narazılıq sayəsində əhali ilə hakimiyyət dairələri arasında ciddi problemlərin baş qaldıra biləcəyi deyilir. Xalq.az-a verilən məlumatda deyilir ki, Cabbarovun yaratdığı süni narazılıq əhalidən zorla pulun yığılması, sahibkarların incidilməsi, habelə rayonda iaşə obyektlərinin məcburi qaydada bağladılması, habelə münbit torpaqların zorla ələ keçirilməsi məsələsi ortalığı qarışdırıb. Rayonda gəzən söz-söhbətlərə görə, seçki ərəfəsində Siraqəddin Cabbarovun belə bir addım atması məqsədli də ola bilər. Hətta belə bir şübhə də var ki, rayonun icra başçısı müxalifətin birliyi olan Milli Şura ilə gizli əməkdaşlıq da edə bilər. Əks təqdirdə, qarşıdan gələn seçkilərdə dövlət başçısı İlham Əliyevin təbliğatını aparmaq əvəzinə, əhali arasında narazılığı artırmağa cəsarət etməzdi. Xatırladaq ki, Siraqəddin Cabbarovun qardaşı hal hazırda Avropa dövlətlərindən birində siyasi mühacir statusu ilə yaşayır. Elə əhalinin şübhələnməsinə əsas verən başlıca amillərdən biri də budur. Onlar zənn edirlər ki, icra başçısı qardaşının təsir dairəsinə düşərək müxalifətə dəstək verə bilər.

 

Xalq.az-a verilən məlumata görə Yeni Azərbaycan Partiyasının təbliğat təşviqat kampaniyasına artıq start verilib.Paytaxtda və bütün bölgələrdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin dəstəkləyən vətəndaşlarımız aktiv seçki təbliğatı aparırlar.Lakin Saatlıda Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğatı o qədər də nəzərə çarpmır. Buna səbəb isə İcra hakimiyyətinin yarıtdığı süni maneələr və əhalidə məqsədli şəkildə mənfi firkin formalaşdırmasıdır.

Buna baxmayaraq Saatlı gəncləri və əhalinin çoxluğu bu məqsədli məneələrə baxmayaraq İlham Əliyevin təbliğatını apararaq heç bir namizədin rayonda alternativi olmadığını numayış etdirilər.

P.S. Görəsən Siraqəddin Cabbarov kimin “əmisi oğlu”dur?