Siyəzəndə qəbul keçirilmir?

7

Siyəzəndə  mənbələr rayonda ciddi narazılıqlar yaranıb

 

 

Digər rayonlarda olduğu kimi Siyəzəndə də  baş verən qanun pozuntuları ciddi narazılıqlar yaradıb. XALQ.AZ-a verilən məlumata görə,rayonun ərazi icra nümayəndələri, bələdiyyə üzvləri vətəndaşların problemləri ilə maraqlanmırlar. Aldığımız məlumata görə, baş verən qanunsuzluqların başında Siyəzən rayon İcra Hakimiyyəti  Arif Qasımov dayanır. Onun rayondakı qanunsuz əməlləri barəsində dəfələrlə mətbuatda yazılar dərc olunub. Lakin indiyə qədər icra başçısının əməlləri barədə heç bir ölçü götürülməyib. Siyəznlilər artıq 2 aydır Arif Qasımovun qəbuluna düşə bilmirlər belə ki,qəbul günü müxtəlif bahənələr gətirilərək icra hakimiyyətinin ətrafına belə buraxılmırlar, səbəb isə Başçının Bakıdan gələn qonaqlarla başı qarışdığı vurğulanır.

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq