Siyavuş Novruzov “YAP tarixi zərurətdən yaranıb”

siyavush

YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun müsahibəsini SİA təqdim edir:

Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 25 il ötür. Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.

1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. O zamankı hakimiyyətin Yeni Azərbaycan Partiyasının yaranmasına mane olmaq cəhdləri, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Ümummilli lider Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər.

Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı qismində çıxış etməkdədir.

Müstəqilliyin ilk illərində ölkəmizdə cərəyan edən mühüm ictimai-siyasi hadisələrin fonunda Yeni Azərbaycan Partiyasının yaranmasını şərtləndirən amillər, o cümlədən partiyanın ötən müddət ərzində keçdiyi inkişaf yolu və qarşıda duran vəzifələr barədə suallarımızı YAP-ın İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov cavablandırıb.

- Siyavuş müəllim, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü tamam olur. Ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçən YAP-ın ölkəmizin inkişafında, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolunu və misilsiz xidmətlərini necə qiymətləndirirsiniz?

- Ötən 25 ildə şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsində, inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən milli məqsədlərin reallaşdırılmasında və yeni hədəflərin müəyyənləşdirilməsində misilsiz xidmətlər göstərib. YAP bu cür ali məramlı fəaliyyəti və müstəsna əhəmiyyətə malik olan misilsiz xidmətləri ilə ümumxalq partiyasına çevrilib. Yeni Azərbaycan Partiyası dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün insanların, eləcə də bütün xalqların partiyasıdır. YAP, həmçinin öz sıralarında cəmiyyətin bütün təbəqələrindən olan insanları birləşdirən avanqard siyasi qüvvədir.

Əlbəttə, Yeni Azərbaycan Partiyasının ötən müddət ərzində milli maraqlara xidmət edən fəaliyyətinin əsaslarını, başlıca istiqamətlərini tədqiq etmək üçün müstəqilliyin ilk illərində ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələrə, siyasi şəraitə və bunların fonunda partiyamızın yaranmasını şərtləndirən amillərə diqqət yetirmək lazımdır.

Əvvəla qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası ictimai-siyasi və tarixi zərurətdən yaranıb. Məlumdur ki, həmin dövrdə Azərbaycan olduqca çətin vəziyyətdə idi və çoxsaylı iqtisadi, siyasi problemlərlə qarşı-qarşıya idi. Milli maraqlardan uzaq mövqe tutan səriştəsiz insanların hakimiyyətdə olması həm ölkə daxilində hərc-mərcliyin, xaosun, ciddi böhran və tənəzzül meyillərinin yaranmasına, səbəb olmuşdu, həm də erməni təcavüzü ilə üzləşən Azərbaycan çarəsiz vəziyyətdə qalmışdı. Ayrı-ayrı siyasi partiyalar isə ölkənin milli maraqlarını, təhlükəsizliyini qorumaq əvəzinə, öz məhdud maraqları uğrunda mübarizə aparırdı. Silahlı dəstələrə malik olan belə partiyaları məhz hakimiyyət uğrunda mübarizə maraqlandırırdı.

Belə bir vəziyyətdə Azərbaycan xalqının görkəmli nümayəndələri – ziyalılar, tanınmış insanlar ölkəmizi düşdüyü bu bəladan – məhv olmaq təhlükəsindən, xaos, anarxiya və böhran vəziyyətindən xilas etmək üçün böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Xalqımız həmin dövrdə Naxçıvan Ali Məclisinin sədri olan Ulu öndər Heydər Əliyevi yeganə xilaskar şəxsiyyət olaraq dəyərləndirirdi və bütün ümidlər Ümummilli liderimizə bağlanmışdı. Məlumdur ki, o zaman Ulu öndər Heydər Əliyevə Bakıda yaşamağa imkan vermədiklərinə görə Ümummilli liderimiz məcburiyyət qarşısında qalaraq Naxçıvan Muxtar Respublikasına getmişdi. Amma Ona qarşı təzyiqlər Naxçıvanda da davam edirdi, həmçinin Heydər Əliyevin tərəfdarlarına qarşı güclü təqiblər aparılırdı. O zaman Azərbaycan Respublikasının Ali Sovetinin Nizamnaməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin respublika Ali Sovetinin sədrinin müavini olmasını təsbit edən maddəni dəyişdirdilər. Bunlara paralel olaraq 1992-ci ildə Azərbaycan Konstitusiyasınən 121-ci maddəsinin II bəndinə belə bir maddə əlavə olunmuşdu ki, yaşı 65-dən yuxarı olan şəxslər prezident seçilə bilməz. Bu, bilavasitə Ümummilli lider Heydər Əliyevə qarşı yönəlmişdi. Həmin düzəlişə etiraz olaraq Azərbaycanın xilasını və qurtuluşunu məhz Ulu Heydər Əliyevdə görən insanlar – Ümummilli liderimizin tərəfdarları 18 gün müddətində Bakıda Ali Sovetin qarşısında etiraz aksiyaları keçirdilər, mitinqlər təşkil etdilər.

Həmin dövrdə müvafiq qanuna əsasən müəssisə və təşkilatlar da namizəd irəli sürə bilərdilər. Ümummilli lider Heydər Əliyevin namizədliyi o vaxt Azərbaycanın 300-dən artıq ayrı-ayrı müəssisə və təşkilatları tərəfindən irəli sürülmüşdü. Amma Mərkəzi Seçki Komissiyası Konstitusiyadakı bəhs olunan düzəlişə görə Heydər Əliyevin namizədliyini qeydə almadı. Bundan başqa, seçkilərin ardınca yaş senzinə qarşı çıxaraq Ulu öndərin namizədliyini müdafiə edən şəxslərə qarşı təqiblər gücləndirildi, onların yaşadıqları yerlərə hücumlar oldu, insanlara çoxsaylı xəsarətlər yetirildi. Belə olan halda, Azərbaycanın xilasına nail olmaq üçün Heydər Əliyevi müdafiə edənlər fəaliyyəti davam etdirmək üçün siyasi partiya yaratmaq qərarına gəldilər. 1992-ci ilin may ayında “Əlincə” xeyriyyə cəmiyyəti tərəfindən Ümummilli liderimizin rəhbərliyi altında siyasi partiyanın yaranması təklifi irəli sürüldü.

Mayın 28-də “Əlincə” xeyriyyə cəmiyyətinin nümayəndələri olaraq Naxçıvanda Ümid körpüsünün açılışında iştirak etdik. Ümummilli liderimiz ilə görüşdə partiyanın yaradılması barədə fikir mübadiləsi apardıq. İyulun 13-də isə ziyalılardan ibarət digər qrup Naxçıvan Muxtar Respublikasına səfər etdi. Ümummilli liderimizə partiyanın yaradılması təklif olundu, lakin Heydər Əliyev bu təklifi qəbul etmədi. O, bu zamana qədər bir partiyada – Kommunist Partiyasında olduğunu və daha heç bir partiyaya rəhbərlik etmək istəmədiyini dedi. Amma ölkəmizdə baş verən hadisələrin fonunda, xaos, anarxiya, hərc-mərclik və siyasi böhran şəraitində zəngin dövlətçilik təcrübəsinə malik olan, öz xalqına, dövlətinə dərindən bağlı olan Ümummilli liderimiz Heydər Əliyev də gördü ki, belə bir partiyanın yaradılması zərurətdir. Məhz bu ərəfədə – 1992-ci ilin oktyabrın 16-da 91 nəfər ziyalı Ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.

Həmin vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Ümummilli lider Heydər Əliyevə müraciət ünvanlayan şəxslərə qarşı ciddi təzyiqlər edirdi. Onlar Bakı şəhər Prokurorluğuna çağırılır, müxtəlif təhdidlər və fiziki təqiblərə məruz qalırdılar. Eyni zamanda, o zaman hakimiyyətdə olan qüvvələr Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə icazə vermədilər. Bu səbəbdən 50 nəfər partiyanın təsis konfransında iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına yola düşdü və noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu. YAP dekabr ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi və respublikamızın hər yerində artıq təsis konfransları keçirilməyə başlandı. Bunun qarşısını almaq üçün mövcud hakimiyyət ölkədə fövqəladə vəziyyət elan etdi və beləliklə, toplantılar, yığıncaqlar qadağan olundu.

Bütün bu təzyiqlər və təqiblərə baxmayaraq, Yeni Azərbaycan Partiyası öz fəaliyyətini davam etdirdi və qısa müddət ərzində hakimiyyətə gəldi. İnsanlar böyük dövlətçilik təcrübəsinə, xarizmaya malik olan güclü Lider ətrafında yaranan Yeni Azərbaycan Partiyasına üz tutmağa başladılar. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqilliyimizin möhkəmləndirilməsinə, milli inkişafın təmin olunmasına xidmət edən fəaliyyətini davam etdirdi və bunun nəticəsində Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu.

Yeni Azərbaycan Partiyasının fəaliyyətinin konseptual əsaslarını onun ideoloji prinsiplərini təşkil edirdi. Bu prinsiplər milli həmrəylik və inkişafa, müstəqilliyin möhkəmləndirilməsinə və dövlətin gücləndirilməsinə xidmət etməklə yanaşı, həm də gələcəyə baxışı ifadə edirdi. Bu barədə nə deyə bilərsiniz?

- YAP sağlam təməllər üzərində qurulan partiyadır. Partiyamızın ideoloji prinsipləri müstəqil Azərbaycanın dövlət prinsipləridir və inkişafa, milli həmrəyliyə, dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir. Qanunçuluq, azərbaycançılıq, varislik, konstruktiv əməkdaşlıq və vətəndaş həmrəyliyi, sosial ədalət partiyamızın başlıca ideoloji prinsipləri kimi çıxış edir.

Yeni Azərbaycan Partiyasının Nizamnaməsini Ümummilli liderimiz yazıb. Bu Nizamnamə partiyamız üçün proqram xarakteri daşıyır və indiyə qədər qüvvədədir. Bu, təkcə partiyamızın deyil, Azərbaycanın sonrakı dövr üçün də inkişafını əks etdirən proqram idi. Oradakı əsas prinsiplər – azərbaycançılıq, dövlətçilik, sosial ədalət və digərləri bu gün ölkəmizdə ali prinsiplər kimi həyata keçirilir. Bu, təbii ki, Ulu öndərimizin uzaqgörənliyinin nəticəsidir.

Yeni Azərbaycan Partiyasının proqramı sonradan dövlətin inkişaf proqramına çevrildi və dövlətin sütunları bu proqram əsasında qurulmağa başladı. Azərbaycanın ən çətin və ağır vaxtında bütün məsuliyyəti öz üzərinə götürən Yeni Azərbaycan Partiyası bu prinsiplər əsasında fəaliyyət göstərərək dövlətçiliyimizi qorudu, müstəqilliyimizi möhkəmləndirdi.

Digər tərəfdən, həmin dövrdə partiyamızın əsas aparıcı qüvvəsi məhz onun Lideri idi. Yəni zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik olan, ömrünü və bütün fəaliyyətini Öz xalqına və dövlətinə xidmətə həsr edən bir şəxsiyyətin – Ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi partiyamıza olan inam, etimad və dəstəyi artırırdı. YAP-ın fəaliyyəti Heydər Əliyev siyasi xətti olaraq qəbul edilirdi. Bu səbəbdən YAP qısa müddət ərzində ümumxalq partiyasına çevrilərək avanqard siyasi qüvvə və lokomtiv güc mərkəzi kimi davamlı islahatların həyata keçirilməsinə müstəsna töhfələr verdi, müstəqil Azərbaycanın inkişafını təmin etdi.

- YAP həm də Azərbaycanın siyasi sistemini formalaşdırdı, sivil siyasi mübarizə qaydalarını müəyyənləşdirdi və siyasi mədəniyyətin təşəkkülünü təmin etdi…

- Bəli, Yeni Azərbaycan Partiyasının yaradılması həm də müstəqil Azərbaycanın siyasi sisteminin əsasının qoyulması idi. Partiyamız sivil siyasi mübarizə qaydalarını müəyyənləşdirməklə yanaşı, çoxpartiyalılığın əsasını qoydu, siyasi plüralizm və demokratiyanın bərqərar olunmasını təmin etdi. Ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin olunmasında Yeni Azərbaycan Partiyası tarixi əhəmiyyət kəsb edən misilsiz xidmətləri həlledici rol oynadı. 1994-cü və 1995-ci illərdə ölkəmizdə dövlət çevrilişlərinin qarşısının alınmasında, ictimai-siyasi sabitliyin qorunmasında partiyamızın hər bir üzvü bir əsgər kimi dövlətçiliyimizin, müstəqilliyimizin keşiyində fədakarcasına durdu.

Müxalifət partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası həm də müxalifətçiliyin sivil qayda və formalarını müəyyənləşdirdi. YAP göstərdi ki, xalqa, dövlətə qarşı müxalifətçilik etmək olmaz. Müxalifətçilik odur ki, sabitliyə, təhlükəsizliyə, rifaha, tərəqqiyə və inkişafa xidmət edən alternativ ideyalar və layihələr ortaya qoyulsun, sağlam, konstruktiv və milli maraqlara xidmət edən mövqe nümayiş etdirilsin. Bir sözlə, YAP Azərbaycan siyasətinə real müxalifətçilik anlayışını gətirdi.

Bunlarla yanaşı, Yeni Azərbaycan Partiyası iqtidara gəldikdən sonra digər siyasi partiyalara müvafiq qanunlar əsasında fəaliyyət göstərməyə əlverişli şərait yaratdı, rəqabət mühiti formaladıraraq siyasi plüralizm və çoxpartiyalılığı təmin etdi. Məhz bu ənənə bu gün də davam edir, Yeni Azərbaycan Partiyası konstruktiv siyasi qüvvələrlə dialoqa və müzakirələrə açıq olduğunu hər zaman bəyan edir, şəffaflıq prinsipini əsas götürür. YAP öz siyasi fəaliyyətini bu prinsiplər və dəyərlər üzərində davam etdirir və gələcəkdə də bu cür olacaq…

- Siyavuş müəllim, yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində ifadə etdiyi fikirlər və tövsiyələr partiya üzləri qarşısında nə kimi vəzifələr qoyur?

- Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində keçmişə nəzər saldı, hazırkı vəziyyəti diqqətə çatdırdı və gələcəyə baxışı ifadə etdi. Prezident İlham Əliyev qeyd etdi ki, “bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir”.

Bu gün Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir, qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanır. Təsadüfi deyil ki, YAP qələbələr partiyası kimi səciyyələndirilir. Bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək siyasi qüvvə yoxdur və partiyamız öz sıralarını mütəmadi olaraq genişləndirir. Dövlətimizin başçısı onu da qeyd etdi ki, “son 25 il ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə – həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq”.

Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı həm də partiya üzvləri qarşısında çox ciddi vəzifələr qoydu. Partiyamızın üzvləri bundan sonra da dövlətimizin qüdrətinin artmasına, müstəqilliyimizin möhkləmlənməsinə, dayanıqlı inkişafın davamlı xarakter daşımasına xidmət edən fəaliyyətlərini davam etdirməli, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün yorulmadan çalışmalıdırlar. Bu vəzifələrin yerinə yetirilməsi gündən günə güclənən Azərbaycanın bundan sonra da öz inamlı inkişafını davam etdirməsinə imkan verəcək.

Qeyd etdiyiniz kimi, Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı bu gün Yeni Azərbaycan Partiyasının dünya miqyasında çox böyük və güclü partiya olduğunu diqqətə çatdırdı. YAP-ın beynəlxalq əlaqələrinin hazırkı səviyyəsi ilə bağlı nə söyləyə bilərsiniz?

- YAP Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır. Partiyamızın beynəlxalq əlaqələri də yüksələn xətt üzrə inkişaf edir, əməkdaşlığın coğrafiyası və məzmunu genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. YAP-ın beynəlxalq əlaqələri, hər şeydən əvvəl, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən balanslaşdırılmış və məqsədyönlü xarici siyasət kursuna əsaslanır. Partiyamız dünya ölkələrinin aparıcı siyasi partiyaları ilə çoxşaxəli və səmərəli əlaqələrə malikdir. MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlərin inkişafı partiyamızın beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfələr verir. Partiyamız, həmçinin “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” (İCAPP), Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) kimi qurumlarda aktiv təmsil olunur, ikitərəfli və çoxtərəfli əlaqələrini mütəmadi olaraq genişləndirir. Bütün bunlar, nəticə etibarilə, Yeni Azərbaycan Partiyasının beynəlxalq nüfuzunun artmasına xidmət edir.

Scroll to top