Siyavuş Novruov Ermənistanın yalanlarını ifşa etdi

siyav

 

Buxarestdə NATO Parlament Assambleyasının (PA) 63-cü illik sessiyası çərçivəsində qurumun komitə iclasları başa çatıb.

Siyasi komitənin iclasında Rumıniyanın xarici işlər naziri Teodor Meleşkanu və Litvadan olan məruzəçi Rasa Yukneviçyene “Cənub-Şərqi Avropa ölklərində danışıqlar yolu ilə sabitlik və təhlükəsizliyin qorunmasında NATO-nun rolu, “Rusiya: tərəfdaşdan rəqibə” mövzularında çıxış edib.

Onların çıxışlarından sonra Azərbaycan Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov hər iki məruzəçiyə suallar ünvanlayıb. Komitə sədri son günlər İraqda və İspaniyada baş verən referendum, həmçinin etnik separatizmə məruz qalan Moldova, Ukrayna, Gürcüstan və Azərbaycanda münaqişələrin həll olunmasında NATO və Avropa İttifaqının rolu və iştirakı, eləcə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsini həll etmək əvəzinə işğalçı dövlətə və sepratçı rejimə kreditlər ayırması, pulsuz silahlarla təmin edilmələri, ABŞ Konqresindən maliyyə yardımının ayrılması və s məsələlərə toxunub.

Məruzəçilər isə öz növbəsində sualları cavablandırıblar. Rumıniya XİN rəhbəri T. Meleşkanu bildirib ki, son zamanlar dünyada baş verən hadisələr bir daha onu göstərir ki, dondurulmuş münaqişələrin həlli zamanı beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi əsas götürülməlidir. Litvalı məruzəçi isə əlavə edib ki, əgər münaqişə tez bir zamanda həll olunarsa Baltikyanı dövlətlər kimi Cənubi Qafqaz ölkələri də Avropa strukturlarına birgə inteqrasiya edə bilərlər.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə daxil olan deputatlar Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev və Kamran Bayramov   Müdafiə və Təhlükəsizlik, Elm və Texnologiyalar, İqtisadiyyat və Təhlükəsizlik komitələrinin iclaslarında iştirak ediblər.
Source: Xalq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.