Siyavuş Novruzovdan təklif

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməlidir”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O, qanunun 8-ci (Siyasi partiyada üzvlük) maddəsinə bəzi dəyişikliklərin edilməsi təklif edib.

“Maddə də göstərilir ki, maliyyə orqanlarının nümayəndələri siyasi partiyaların üzvü ola bilməzlər. Bu, düzgün deyil. Həmin şəxs partiya üzvü olsa, nə olacaq ki?

Başqa bir məsələ də Mərkəzi Bankının İdarə Heyətinin üzvlərinə siyasi partiya üzvü olması ilə bağlı qadağadır. Həmin adamlar partiya üzvü olsalar, təşkilata pul verəcək, kredit ayıracaqlar? Bu maddəyə dəyişiklik edilməlidir”.

Deputat bildirib ki, bu gün Azərbaycanda bəzi siyasi partiyalar maliyyə dövriyyələri barədə aidiyyatı qurumlara hesabat vermirlər.

“Belə olan halda isə qeyri-şəffaflıq ortaya çıxır. İndi öz aralarında mübahisə edirlər ki, pul gəlir, mənimsənilir. Bu isə ölkənin ümumi siyasi sisteminə zərər verir. Hesab edirəm ki, hər bir siyasin partiya öz hesabatın həm ictimaiyyətə, həm də aidiyyatı qurumlara təqdim etməlidir”

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir