Skripkaçımız Böyük Britaniyada konsert verəcək

Skripka

Tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək.

XALQ.AZ-ın məlumatına görə, musiqiçinin konserti oktyabrın 5-də baş tutacaq. Konsert İngiltərənin Surrey qraflığının Şərqi Molsi şəhərində “Hampton Court Palace” məkanında konsert verəcək.

Konsertdə İ.S.Baxın skripka üçün “Sonata No. 2 in A minor” əsəri ifa olunacaq.

Qeyd edək ki, sözügedən konsert Nəzrin Rəşidovanın Böyük Britaniyada ilk çıxışı deyil. Azərbaycanlı musiqiçinin konsertləri vaxtaşırı olaraq bu ölkədə təşkil edilir.

Nəzrin Rəşidova eləcə də dəfələrlə ABŞ, Fransa, Almaniya, Polşa və Misirdə konsert proqramları ilə çıxış edib.

Skripka