“SLAVYANKA”-nın saxtalığı

 

9

Məşhur su brendi saxta çıxdı

Havaların isti keçməsi ilə əlaqədar olaraq insanların suya olan tələbatı daha da çoxalıb. Bu gün ölkə bazarında müxtəlif çeşiddə sular satılır. Lakin bu suları fərqinə varmadan içən istehlakçılar bu suların hansı fəsadlara yol açmasından bəlkə də xəbərsizdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ildə 2 milyona yaxın insan təhlükəsiz hesab etdiyimiz sudan zəhərlənib ölür. Bir il ərzində 1 milyard insan isə su vasitəsilə xəstəlik tapır. Azərbaycanda sudan nə qədər adamın zəhərlənməsi və ya ölməsi heç bir qurumun araşdırma mövzusu olmasa da, içdiyimiz suyun çoxlu dərdlər yaratdığı artıq faktdır.

Ümumilikdə bazarın sular sektorunun mineral sular hissəsində daha çox xaos yaşanır. Sərinləşdirici içkilər bazarında müəyyən qanun pozuntuları aşkarlanır. Bazarda olan vəziyyətin monitorinqi göstərir ki, əvvəlki illərə nisbətən daha çox qanun pozuntularına rast gəlinir. Normativ sənədlərə əməl etmədən məhsul istehsalı, yararlılıq müddətinin və istehsal tarixinin göstərilməməsi, düzgün markalanmanın, etiketlənmənin aparılmaması, vaxtı keçmiş məhsulların satışda olması faktları çoxalıb. Bu məhsulların sırasına “SLAVYANKA” suları da daxildir. Qeyd edək ki, “Gədəbəy Mineral Suları” şirkəti tərəfindən qablaşdırılan slavyanka  qablarının üzərində Gədəbəy suyu yazılsada istehsal ünvanı kimi Keşlə qəs. qablaşdırılır. Əldə etdiyimiz məlumata görə, “Slavyanka”  suları heç bir gigiyenik qaydalara riayət edilmədən hazırlanır və satışa çıxarılır. “Slavyanka”  suları ilə bağlı redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, son zamanlar “Slavyanka” suları bulanıq şəkildə olur və spesifik dad verir. Bu isə istehlakçılarda şübhə yaradır ki, bu sular krant suyudur. Belə çıxır ki, şirkət bulaq suyu adı altında istehlakçılara krant suyu satır. Guya həmin maye təmizdir və sırf bulaq suyudur. Bütün bunlar onu göstərir ki, “Slavyanka” öz işinə qeyri-ciddi yanaşır. Dəfələrlə “Slavyanka” suları ilə bağlı mediada geniş informasiyalar verilsə də, müvafiq qurumlar sözügedən suyu istehsal edən şirkət ilə bağlı ölçü götürmür və saxta su istehsalının qarşısını almırlar. Bu da onu göstərir ki, onların da orada maraqları var. Düzdür, bu gün asan qazanc əldə etmək məqsədilə saxta üsullarla hazırlanıb dövriyyəyə buraxılan suların aşkarlanması üçün müəyyən reydlər keçirilir. Reyd və monitorinqlər zamanı məlum olur ki, istehlak bazarında normativ texniki sənədlərə cavab verməyən və insan sağlamlığı üçün zərərli məhsulların sayı çoxdur. Əfsuslar olsun ki, bu reydlər yalnız yayda keçirilir. Halbuki həmin reydlər ilboyu keçirilməlidir. Saxta su işbazlarının qarşısının alınmasının yeganə yolu bu işlə məşğul olanları həbs etməkdir. Gürcüstanda bu cür təcrübə var. Saxta su istehsalı ilə məşğul olanlar 5-7 il, onu mağazada satanlar isə 5 ilədək azadlıqdan məhrum edilirlər. Bu üsuldan istifadə etməklə saxta su satışı ilə məşğul olanların qarşısını almaq olar. Əgər bu işlə məşğul olanlar bilsə ki, buna görə dövlət tərəfindən cəzalandırılacaq, o zaman bu işlə məşğul olmazlar.

Bundan başqa redaksiyamıza daxil olan şikayətlərin birində bildirilir ki, bir neçə dəfə  “Slavyanka” suları buraxılma tarixi göstərilmədən satışa çıxarılıb. Bu isə insanlarda narahatlıq doğurub. Kim zəmanət verə bilər ki, suyun istifadə müddəti bitməyib? Görünür, bu bilərəkdən edilmiş bir haldır. Şirkət qanunsuz yolla məhsullarını sataraq külli miqdarda gəlir əldə etmək istəyir. Həm də vaxtı keçmiş suların geri qaytarılmaması üçün bir variantdır. İqtisadi İnkişaf Nazirliyi bu məsələdə diqqətli olmalı və bunu ciddi şəkildə araşdırmalıdır.

Qeyd edək ki, əsası 2004-ci ildə qoyulan şirkət  qısa bir zamanda daxili bazarda içməli su istehsalçıları arasında özünü lider olaraq göstərmək istəsə də, bunu bacarmadı. Daha doğrusu, bu brend altında istehsal olunan içməli sular istifadəçilərin zövqünü və ağız dadını tapa bilmədi. “slavyanka” artıq bazardan çıxmaq üzrədir. Bir az da dəqiqləşdirsək artıq bu sudan istifadə edənlərin sayı olduqca azdır.

Qeyd edək ki, “slavyanka” – yerli bazarda ən tanınan mineral su brendlərindən biridir və 2004-ci ildə əsası qoyulmuş “Gədəbəy Mineral Suları” şirkəti tərəfindən istehsal olunur.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.