SOCAR 3 aylıq hesabatını açıqladı

SOCAR 2018-ci ilin I rübü üzrə qazma, hasilat və ixrac göstəricilərini açıqlayıb.

XALQ.AZ  xəbər verir ki, qeyd olunan müddətdə ölkə üzrə neft hasilatı 2,4%, qaz hasilatı isə 5,2% artıb. SOCAR üzrə hasilatda müsbət dinamikanın əldə olunması qazma işlərinin artırılması ilə yanaşı, mövcud quyuların effektli istismar edilməsi və fəaliyyətsiz quyuların bərpası ilə bağlıdır.

SOCAR üzrə aparılan qazma işlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 14% artıb. Nəticədə SOCAR tərəfindən qazılan 15 quyu üzrə qazmanın həcmi təqribən 40,5 min metr təşkil edib. Bundan əlavə SOCAR-ın birgə müəssisələri tərəfindən 13 quyu qazılıb. İstismar edilən quyularda geoloji – texniki tədbirlər aparılıb, 66 fəaliyyətsiz quyu istismara qaytarılıb. I rüb üzrə SOCAR-ın neft hasilatı sabit qalaraq, 1,8 milyon ton təşkil edib. SOCAR-ın qaz hasilatı isə I rüb üzrə təqribən 1,6 milyard m3 təşkil edib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 8% artıb.

Yanvar-mart aylarında ölkə üzrə neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artaraq, 9,7 milyon ton, qaz hasilatı isə ötən ilin analoji dövrünə nisbətən 5,2% artaraq, 7,3 milyard m3 təşkil edib. Qeyd edək ki, hasilat artan xətt üzrə inkişaf etmiş, artımının böyük hissəsi mart ayına təsadüf etmişdir. Belə ki, mart ayında respublikada neft hasilatı üzrə 5,8%, qaz hasilatı üzrə isə 12% artım qeydə alınıb.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.