“SOCAR” ekoloji hərəkatın ön sıralarındadır

XALQ,AZ xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə SOCAR ilə BP şirkətləri arasında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda keçirilmiş “Məşəldə yandırılan səmt qazı həcminin azaldılması” layihəsini misal gətirmək olar: “Yalnız bu layihənin nəticəsində ildə təqribən 150 milyon kubmetrə yaxın səmt qazının atmosferə atılmasının qarşısı alınıb. Ümumilikdə, görülən işlər nəticəsində son 7 ildə SOCAR üzrə çirkləndirici maddələrin miqdarında 16,7 faiz, istilik effekti yaradan qazların miqdarında isə 45 faiz azalma müşahidə olunub”.

 

R. Abdullayev bildirib ki, 2006-cı ildən başlayaraq bu günə qədər SOCAR əməkdaşları Azərbaycanda daha əvvəlki dövrlərdə neft və neft məhsulları ilə çirklənmiş 1900 ha-dan artıq torpaq sahəsini rekultivasiya edərək bərpa edib, həmin sahələrdə 700 mindən artıq müxtəlif ağac və kol bitkiləri əkiblər.

 

 

Elgün