Sökülən “Kinoteatr” ilə bağlı nazirlikdən – AÇIQLAMA

Mədəniyyət və Turizm Nazirliyi Xətai rayonu, Sarayevo küçəsi 186 ünvanında yerləşən “Bakı” kinoteatrının sökülməsinə münasibət bildirib.

Bu barədə XALQ.AZ-ın suallarını nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov cavablandırıb.

O bildirib ki, kinoteatr artıq nazirliyin tabeliyində deyil:

“Kinoteatr uzun müddətdir özəlləşdirilərək Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxıb”.

Qeyd edək ki, hazırda “Bakı” kinoteatrında söküntü işləri gedir. Onun yerində univermaq tikiləcək.

Rəsul