Sosial mənzillərlə bağlı-YENİLİK

ev

 

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Elektron hökumət” portalında yaradılaraq 30.05.2017-ci il tarixində istifadəyə verilmiş “Güzəştli mənzil” sistemindən istifadədə rahatlığı artırmaq məqsədilə müvafiq təkmilləşdirilmə işləri daim davam etdirilməkdədir.

XALQ.AZ məlumat verir ki, sistemin son funksional yeniliyi Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək məqsədilə müraciət etmiş və şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlara qeydiyyat zamanı sistemə daxil etdikləri əlaqə vasitələrini istənilən an real vaxt rejimində dəyişmək imkanını təmin edir.

Bu funksional yenilik vasitəsilə vətəndaşlar şəxsi elektron kabinetlərinə daxil olaraq –“şəhər telefonu”, “mobil telefonları”, “elektron poçt ünvanı”, “sms bildirişlər üçün mobil telefon” və “faktiki yaşayış ünvanı” bölmələrində daha öncə qeyd etdikləri məlumatı yeniləyə bilərlər.

Qeyd edilən dəyişikliklər istifadəçinin daim aktiv əlaqə vasitələrindən istifadə etməklə bildirişlərdən vaxtında xəbərdar olmasına xidmət edir.

Scroll to top