Sosial medianı bir-birinə qatan fotoşəkil

Usaq-1

Sosial medianı bir-birinə qatan bu fotoşəkil Suriyada çəkilib.

Xalq.az-ın məlumatına görə, bütün dünyanın reaksiyasına səbəb olan fotoşəkildə körpə yaşda kiçik bir uşaq yerdə oturub.

Uşaq məsum baxışlarla ətrafında silah tutan bir neçə nəfərin onun üstünə çəkdiyi silahlara baxır.

Türkiyə sərhədinə yaxın Kassab mahalında çəkildiyi təxmin edilən fotoşəkil ictimai mediada paylaşıldığı andan etibarən saysız reaksiya və şərh aldı.

Fotoşəkildəki körpənin vəziyyətiylə əlaqədar bu an üçün bir söz demək mümkün deyil.

Usaq-1