“Söz və ifadə azadlığının dərinləşməsi əsas şərtdir”

“Söz və ifadə azadlığının dərinləşməsi demokratik cəmiyyət quruculuğunun əsas şərtidir”.

XALQ.AZ xəbər verir ki,  bu fikri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Prezident İlham Əliyev bu məsələni dəfələrlə vurğulayıb. Onun sözlərinə görə, dövlət bu istiqamətdəki proseslərə hər zaman böyük önəm və dəstək verib.

“Dövlət bu sahədə kifayət qədər siyasi iradə nümayiş etdirir. Düşünürəm ki, bu istiqamətdə işlər uğurla davam edəcək”-deyə, deputat qeyd edib.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir