Spiker mukafata layiq görüldü

oktay

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyası tərəfindən Milli Məclisin bir neçə üzvü mükafatlandırılıb.

Modern.az-ın Gəncə müxbirinin verdiyi xəbərə görə, QDİƏT-in hazırda Gəncədə keçirilən iclasında təşkilatın fəaliyyətində göstərdikləri xidmətlərə görə, Milli Məclisin sədri Oqtay Əsədov, deputat Musa Quliyev və parlamentin eks üzvü Yaşar Əliyev xüsusi mükafata layiq görülüb.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq (QDİƏT) Parlament Assambleyasının İqtisadiyyat komitəsinin iclası Gəncədə keçirilir. Toplantıda Avropanın 30-a yaxın deputatı iştirak edir.