Spikerdən təklif

Spiker

“Avropa Parlamentinin Azərbaycana qarşı çıxardığı qətnamə qeyri-obyektiv və əsassızdır”.

XALQ.AZ-ın məlumatına görə, bunu Milli Məclisin bu günkü plenar iclasında çıxış edən spiker Oqtay Əsədov deyib. Spiker Avropa Parlamentinin Azərbaycana qarşı çıxardığı tənqidi qətnaməyə münasibət bildirib.

“Bu qətnaməyə imza atan Avropa Parlamentinin 46 deputatından 45-i Azərbaycanda olmayıb. Ona görə də, Azərbaycan bu cür beynəlxalq təşkilatlarla əməkdaşlığına yenidən baxmalıdır”.

“Avropa Parlamentinin Azərbaycanla münasibətini tənzimləmək üçün gərək deputatlar arasında redaksiya heyəti yaradılsın. Təklif edirəm ki, Yevda Abramov, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Xanlar Vəliyev həmin redaksiyanə təşkil etsinlər”.