Striptizçi qocalar evində (FOTO)

Stiriptiz

Nyu-Yorkda qəribə məhkəmə prosesi baş tutacaq.

Xalq.az-ın məlumatına görə, məhkəmə dinləməsi qocalar evinə strptiz göstərən cavan oğlanın çağırılması ilə əlaqədar olaraq baş tutacaq. Qocalar evində olan yaşlı qadının oğlu internet səhifələrindən birində anasının şəklini görüb. Kadrlarda yaşlı qadın stripriz göstərən gəncin alt geyiminə pul qoyur.

Bu kadrları görən Yanqband vurğulayır ki, onun anası çox alicənab bir xanımdır. Anasının olduğu yerə striptizçi gətirmək onun psixikası üçün təhlükəlidir və qadına qarşı hörmətsizlik kimi qəbul edib: “Yanqbnad bildirib ki, yarıçılpaq, cazibədar bədənli oğlan anasının yanında erotik rəqs edərək onun ağlını başından alıb”-bu sözləri məhkəməyə müraciət edən oğlanın vəkili media nümayəndələrinə bildirib.

Qocalar evinin rəhbəri isə öz növbəsində bildirib ki, striptiz göstərən oğlanı oraya dəvət etmək yaşlıların öz istəyi olub.

Stiriptiz