“Sumqayıt” klubuna yeni baş məşqçi təyin olundu

“Sumqayıt” Futbol Klubunda prezident Riad Rəfiyevin iştirakı ilə Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

XALQ.AZ  xəbər verir ki, iclasda əsas məsələ komandanın baş məşqçisinin müəyyənləşdirilməsi olub. Şura üzvləri Nazim Süleymanovun namizədliyini müsbət qarşılayıblar.

Beləliklə, adıçəkilən mütəxəssis qarşıdakı iki mövsümdə “Sumqayıt” FK-nın baş məşqçisi vəzifəsini yerinə yetirəcək.

 

 

Orxan