Sumqayıtda avtoqəzadə 5 nəfər öldü

07

 

Sentyabrın 16-dan 17-nə keçən gecə Sumqayıt şəhərinin ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sumqayıt şəhər sakini Anar Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı, 50-CJ-423 dövlət qeydiyyat nişanlı avtomobillə Babək Bağırovun sürdüyü “Hyundai Santa Fe” markalı, 50-BE-050 dövlət qeydiyyat nişanlı və Müslüm Məmmədovun idarə etdiyi “Azsamand” markalı, 10-TD-183 dövlət qeydiyyat nişanlı minik avtomobillər toqquşub.

Qəza nəticəsində “Azsamand” markalı avtomobildə olan sərnişin – Salyan rayon sakini Qismət Kərimov, “Hyundai Santa Fe”dəki sərnişin – Siyəzən rayon sakini Rəşad Cəlilov və həmin avtomobildəki hələlik şəxsiyyəti məlum olmayan 3 nəfər sərnişin hadisə yerində ölüblər.

Xəsarət almış “Azsamand” və “Hyundai Santa Fe” markalı avtomobillərin sürücüləri və “Azsamand”da olan sərnişinlər – Sumqayıt şəhər sakini Ramin Məmmədov, Yevlax rayon sakini Ceyhun Əzizov və Bakı şəhər sakini İllarion Katlyarov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.