Sumqayıtda həyəcan

polis

Sumqayıt şəhəri ərazisində silah-sursat tapılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 3-də Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları tərəfindən 11-ci mikrorayon Koroğlu küçəsindən 1 ədəd “Revolver” markalı tapança və 2 ədəd “F-1” qumbarası tapılıb.