Suraxanıda narkotik əməliyyatı

 

18

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən XALQ.AZ-a verilən məlumata görə, əməliyyat Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Hacıağayevin Q.Qarayev küçəsindəki evindən 2 kiloqramdan artıq marixuana tapılıb.

Onun həyətindən isə 6 ədəd, ümumi çəkisi 350 qram olan çətənə kolu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.