Sürücü avtomobilini tarixi binaya çırpdı

Qeza-3

Gecə Bakının Səbail rayonunda yol nəqliyyat hadisəsi başverib. İstiqlaliyyət küçəsində qeydə alınan hadisə zamanı üzü Qoşa qala qapısı istiqamətində hərəkət edən “VAZ 21 015” markalı avtomobil idarəetməni itirərək yolun piyadalara aid hissəsinə keçib. Nəqliyyat vasitəsi əvvlcə Milli Elmlər akademiyasının Əlyazmalar istitutunun yerləşdiyi binaya çırpılıb. Daha sonra avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobilin sürücüsü 21 yaşlı Emin Kazımov xəsarət alıb. Yaralı hadisə yerinə cəlb edilən təcili tibbi yarım avtomaşınıilə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, boyun nahiyəsindən xəsarət alan Emin Kazımova lazımi yardım göstərilib, hazırda onun vəziyyəti stabildir.

Qəza baş verən ünvanda isə Səbail rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Hadisənin dəqiq baş vermə səbəbləri isə təyin ediləcək avtotexniki və tibbi ekspertizaların rəyindən sonra məlum olacaq.