Sürücü polisin əmrinə tabe olmadı

PPX

Bakıda sürücü yol polisinin əmrinə tabe olmaması insidentə səbəb olub.

Xalq.az-ın məlumatına görə, hadisə Xətai rayonunun Əhmədli qəsəbəsində baş verib.

Xətai rayon Polis İdarəsinin növbətçi hissəsindən verilən məlumata görə, “Fəridə” şadlıq sarayının qarşısında baş verən hadisə zamanı kütləvi dava olmayıb.

Belə ki, sürücü yol polisinin əmrinə tabe olmayıb, polis onu saxlayıb. Bu zaman yaşananlar ətrafdakı insanların diqqətini cəlb edib.

Hadisə yerinə post patrul maşınları gəlib