Sürücü sərnişin dolu avtobusu sükansız sürür (VİDEO)

Görünür məsuliyyətsiz avtobus sürücüləri təkcə Bakıda deyil, bir çox ölkələrdə sərnişinlərin həyatı ilə risk etməyi xoşlayır. Belə bir hadisələrdən biri də Maltada baş verib.

XALQ.AZ-ın məlumatına görə, sosial şəbəkələrdə maraqlı video yayılıb. Yayılan videoda göstərilir ki, sərnişin avtobusunun sürücüsü maşını idarə edərkən sükan yerindən çıxır.

Sürücü buna heç bir reaksiya vermir. Əksinə sürücü avtobus hərəkətdə olarkən sükanı çıxarıb digər avtobus sürücüsünə göstərir.

Sürücü sərnişinlərin həyatını təhlükəyə ataraq, avtobusu sükansız idarə edir.

Video yayılandan sonra aidiyyatlı orqanlar hərəkətə keçiblər. Sürücünün tapılaraq cəzalandırıldığı bildirilib.

ANS PRESS yayılan videonu təqdim edir.