Sürücülər cərimələri “MilliÖN”də ödəyə biləcəklər

“MilliÖN” terminallarında yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi mümkün olacaq.

XALQ.AZ xəbər verir ki, bu barədə  terminalların quraşdırılması və servisi ilə məşğul olan “Komtec” şirkətindən bildiriblər.

Qeyd olunub ki, inteqrasiya üzrə işlər “AsanPay” sistemi üzərindən aparılır:

“MilliÖN” terminallarında yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi yaxın günlərdə mümkün olacaq”.

Gələcəkdə ödəmə terminalları vasitəsilə vergi və gömrük rüsumlarının ödənilməsi də nəzərdə tutulur.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir