Sürücülərin nəzərinə…

bagli-yol-temir

Paytaxtda daha bir yolda hərəkət məhdudlaşdırılır. “Azəravtoyol” ASC-dən XALQ.AZ-ya verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində müvafiq işlər aparılır.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir