Sürücülərin diqqətinə…

yol

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu axşam 22:00-dan etibarən, Yasamal rayonu Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkının ətrafı və Tbilisi prospektində rəngləmə işləri aparılacaq.

ASC-dənXALQ.AZ-a verilən məlumata görə, rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.