TƏHSIL NAZIRLIYI DƏRSLƏRIN SENTYABRIN 1-DƏ BAŞLANMASI TƏKLIFINƏ MÜNASIBƏT BILDIRDI

Təhsil Nazirliyi yeni tədris ilinin sentyabrın 1-dən başlanması barədə təklifə münasibət bildirib.

Xalq.az nazirliyin saytına istinadən xəbər verir ki, yeni tədris ilinə ənənəvi olaraq sentyabrın 15-dən başlanacaq.
Ancaq bu il 15 sentyabr bazar gününə təsadüf etdiyi üçün dərslərə sentyabrın 16-dan start veriləcək.

Qeyd edək ki, Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa yeni təşəbbüslə çıxış edərək, “1 sentyabrdan hamı məktəbə!” kampaniyasına başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.