Tələbələri təqaüdləri artırılır

Milli meclis-2

 

Azərbaycanın 2018-ci il dövlət büdcəsinin təhsil bölməsində Təhsil Nazirliyinin “sair xərclər” maddəsi üzrə xərclərin 46 mln. manatının təyinatı dəyişdirilərək “tələbələrə verilən təqaüd” xərc maddəsinə yönəldilib.

XALQ.AZ xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

“2018-ci il üçün həmin maddə üzrə xərclər 70 mln. manata çatdırlacaq ki, bu, cari illə müqayisədə 11,3 mln. manat və ya 19,3% çoxdur. Bu da büdcənin müzakirəsi zamanı tələbələrə verilən təqaüdlərlə bağlı ssələndirilən anlaşılmazlıqları tam aradan qaldırır”, – deyə S.Şərifov əlavə edib.

Scroll to top