Təcili iclas çağırıldı

Fransa Suriyada vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edib. XALQ.AZ  TASS-a istinadən xəbər verir ki, bunu bu gün Fransa xarici işlər naziri Jan-İv Le Drian bildirib. Fransa XİN rəhbəri “Twitter” sosial şəbəkəsində yazıb ki, Fransa Quta, İdlib və Afrində vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edir. Qeyd edək ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir.